“Mən özüm demişəm ki, birinci mənim şirkətlərimdən başlasınlar. Əgər mənim partiyamdan olan nazirlər başqalarından başlasaydılar bu düzgün olmazdı. Yoxlasınlar, nə çatışmırsa nizamlasınlar, sonra öz işlərinə keçsinlər ki, vicdanları təmiz olsun”, - o deyib.
Tsarukyan ona məxsus “Ararat sement” zavodunun Ermənistanda inhisarçı olduğu haqda deyilənlərdən hiddətlənib. Bildirib ki, ölkədə dörd sement zavodunun olduğu, üstəlik Gürcüstan və İrandan sement gətirildiyi bir vaxtda inhisardan danışmaq mümkün deyil. “Adam nə qədər “tupoy” olar ki, monopoliyanı ayrıd edə bilməsin?” - Tsarukyan bildirib.
Qeyd edək ki, Qaqik Tsarukyan özü Ermənistanda “Topoy Qaqo” ləqəbi ilə tanınır.