Ramiz Yediyarov icra başçısı təyin olunmazdan əvvəl - 11.11.1997-ci il tarixdən etibarən dövlət vergi orqanlarında xidmət edib.
Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib. O, keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı hesab edilirdi. Son vaxtlar rayondan onun barəsində çoxsaylı şikayətlər mətbuatda dərc olunurdu.