Vaxt.Az

“Deutsche Bank” “əriyir”


 

“Standard & Poor's” reytinqi aşağı saldı, səhmlər ucuzlaşdı

“Deutsche Bank” “əriyir” Beynəlxalq reytinq agentliyi “Standard & Poor's” (S&P) tərəfindən Döyçe Bankın (“Deutsche Bank”) uzunmüddətli kredit reytinqinin “A-“dən “BBB+”ya endirməsindən sonra Bankın səhmləri ucuzlaşır.

Döyçe Bankın bir səhminin qiyməti Bloombergin 1992-ci ildə bankın birja əməliyyatlarını qeydə almağa başladığı tarixdən bu yana ən aşağı səviyyəsi olan 9.16 avroya enib. Ötən rüb nəhəng bankın xalis mənfəəti 79 faiz aşağı düşmüşdü.

1.5 trilyon dollar cəmi aktivləri ilə Almaniyanın ən böyük, dünyanın da ən böyük 12-ci bankı olan Deutsche Bankın bazar dəyəri isə yalnız 20 milyard dollardır.

“Standard & Poor's” açıqlamasında, “Reytinqin aşağı salınması, Döyçe Bankın yenilənmiş strategiyasının, biznes modelinin daha əvvəl gözlədiyimizdən daha dərin bir restrukturizasiyanı nəzərdə tutmasını əks etdirir” qeyd etmişdi.

ABŞ-ın Döyçe Bankı “problemli banklar” siyahısına əlavə etdiyi də iddia edilir.

 





02.06.2018    çap et  çap et