Vaxt.Az

Mənsimov stadionu sökdü


 

«Banişevski» yenidən tikiləcək

Mənsimov stadionu sökdü Masallıda yerləşən Anatoli Banişevski adına stadionu alan «Palmali» Şirkətlər qrupu orada təmir-tikinti işlərinə başlayıb. Futbolinfo.az xəbər verir ki, təxminən 2 il əvvəl stadionu alan, ərazini hasarlayan şirkət tikinti işlərinə başlamırdı. Bu da müəyyən söz-söhbətlərin yaranmasına rəvac verirdi.

Rayon sakinlərinin publika.az-a verdiyi məlumata görə, 2 gündü ki, söküntü işləri başlanılıb. İşlər çox sürətlə gedir. Artıq panellər sökülüb və stadionun ərazisi genişlənib.

Məlumata görə, Banişevski adına stadionda bir əsas, bir yardımçı meydan quraşdırılacaq. Əsas qazon təbii, yardımçı meydan isə süni örtüklü olacaq.

Xatırladaq ki, «Xəzər Lənkəran»ın fəxri prezidenti olan Mübariz Mənsimov əslən Masallıdandı. Onun Masallıda yeni stadion inşa etdirəcəyi barədə xəbərlər çoxdan yayılsa da, işlər nədənsə yubadılırdı.

 





17.02.2014    çap et  çap et