Açılış mərasimində çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıda növbəti caz festivalının keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. Diplomat ilk konsertdə tanınmış israilli musiqiçi Avişay Koenin öz kvarteti ilə cazsevərlərin qarşısında çıxış edəcəyini diqqətə çatdırıb və festivalın bütün iştirakçılarına uğurlar arzulayıb.
Sonra tamaşaçılar Avişay Koen və qrupunun ifasını dinləyiblər.
Qeyd edək ki, “Baku Summer Jazz Days” festivalı iyunun 8-dək davam edəcək. Bu günlər ərzində paytaxt sakinləri və qonaqlarını populyar musiqiçilərin maraqlı çıxışları gözləyir.