Bildirilib ki, hacı Qamətin köməkçisi Muhamməd adlı şəxs Əfqanıstanda cihadda öldürülüb.
“Qamətin mühafizəçisi və köməkçisi Muhamməd Həcc zamanı bütün suallarını alimə verdikdən sonra geri dönərək Qamətin səhv yolda olmasına şahidlik edir , tövbə edir. Əfqanıstana gedərək inşəAllah şəhid olub”.
Qeyd edək ki, Suriya məsələsindən sonra hacı Qamətlə sələfi tərəfdarları arasında münasibətlər kəskin pisləşib. Ən yaxın adamlarının belə Q.Süleymanovdan uzaqlaşdığı bildirilir. Hətta Qamətin qayını və yeznəsinin də mövqeyinə görə ondan uzaq düşdüyü qeyd edilir.