Vaxt.Az

Netanyahudan dünyaya çağırış


 

İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər

Netanyahudan dünyaya çağırış İsrailin baş naziri Benyamin Netenyahu Almaniya, Fransa və Böyük Britaniya liderlərini İran qoşunlarının Suriya ərazisindən çıxmasını nəzərdə tutan beynəlxalq saziş üzərində çalışmağa çağırıb.

APA-nın verdiyi məlumata görə, İsrail baş naziri bunu bu gün hökumətin iclasında bəyan edib.

B.Netenyahu deyib ki, keçən həftə Avropaya səfər zamanı Almaniya baş naziri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Tereza Mey ilə görüşüb: “Bu görüşlərdə əsas diqqət İranın Suriyada hərbi iştirakı ilə bağlı məsələyə yönəldi. Bu ölkələrin liderləri geniş formatda belə bir beynəlxalq saziş hazırlanması ilə razılaşdılar. Səfərimdə əsas məqsəd bu idi və buna əsasən nail olundu. İranın Suriyadan çıxması uzun prosesdir. Ancaq qarşıya məqsəd qoyub hansı istiqamətdə hərəkət etdiyini bilirsənsə, məqsədə nail olmaq şansı böyükdür”.

 





10.06.2018    çap et  çap et