Bunu Modern.az-a açıqlamasında tanınmış şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının səhhəti barədə danışarkən deyib.
O, bildirib ki, xaricdən gətirilən dərmanlar da təsiri özünü göstərib.
“Atamın dərmanlarını adətən xaricdən sifariş etmək məcburiyyətində qalırıq. Çünki çətin tapılan dərmanlardır. Dərmanların qəbulundan sonra qidalanmasında da irəliləyiş var. Az da olsa fikirlərini izah edə bilir. Yazıçı dostları da, deputatlar da mütəmadi olaraq əlaqə saxlayıb vəziyyətini xəbər alırlar”.
Qeyd edək ki, 81 yaşı mayın 10-da tamam olan şair xeyli müddətdir xəstə yatır.