Vaxt.Az

Öldürülən erməni xüsusi təyinatlı olub?!


 

Düşmən Xocavənd istiqamətində itki verdi

Öldürülən erməni xüsusi təyinatlı olub?! Bu gün saat 18.00 radələrində qoşunların təmas xəttinin Xocavənd-Ağdam istiqamətində Ermənistan işğalçı birləşmələrinin bir hərbi qulluqçusu vurulub.

Erməni mənbələri xəbər verir ki, qondarma “dqr müdafiə nazirliyi” 1992-ci ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Vahan Yeloyanın ölümcül güllə yarası aldığını açıqlayıb. İnsidentin hansı şəraitdə baş verdiyi göstərilmir.

Virtualaz.org təxmin edir ki, Vahan Yeloyan xüsusi təyinatlı qüvvələrin döyüşçüsü ola bilər. Çünki bu günlərdə sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlılarının təmas xəttinin həmin istiqamətində ön xəttə çıxarıldığını əks etdirən foto yayılmışdı. İstisna deyil ki, düşmən qüvvələri təmas xəttinin bu istiqamətində hansısa təxribatlar planlaşdırır, yaxud mövqelərini irəli çəkməyə cəhd edir.

 





11.06.2018    çap et  çap et