Vaxt.Az

«VİP» sədri «EL» rəsmisinə dava açdı


 

Əli Əliyev Eldəniz Quliyevi məhkəməyə verib

«VİP» sədri «EL» rəsmisinə dava açdı Moderator.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) mətbuat vasitəsilə VİP, onun sədri Əli Əliyev və partiya üzvlərinə yönəlik davamlı təhqiredici fikirlər səsləndirmiş «El» hərəkatı adlı qurumun Ali Məclisinin sədri Eldəniz Quliyevin bu hərəkətlərinə görə qanun qarşısında cavab verməsi üçün addım atıb.

E.Quliyevin müxtəlif media orqanlarında VİP, Ə.Əliyev və partiya üzvlərinə qarşı işlətdiyi ifadələrin cinayət məsuliyyəti yaratdığını əsas götürən VİP həmin şəxsin xüsusi ittiham qaydasında məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət edib. 

Adiçəkilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri üzrə tədbir görülməsinin istənildiyi şikayət ərizəsi 2014-cü il fevralın 17-də Xətai Rayon Məhkəməsinə təqdim olunub.

 





17.02.2014    çap et  çap et