2016-ci ildə Masallıda 8 hektarda çəltik əkildiyi halda, bu il bu rəqəmin 300, gələcəkdə isə 500 hektara çatdırılmsı nəzərdə tutulub.
Şirvan şəhərindən gətirilən yeni texnikalar məhsul istehsalçılarının işini xeyli yüngülləşdirib. Çəltikçiliklə məşğul olan fermerlər bildirirlər ki, yeni texnikalar ilə əkin aparmaq hər hektar üçün 350 manata başa gəlir. Bu isə onları qane edir. Çünki çəltik sahələrində bütün işləri əl əməyindən fərqli olaraq texnika ilə görmək daha rahatdır. Çəltik əkini zamanı məhsuldar “Apollo” və “Haşimi” növlərinə daha çox üstünlük verilir.
Fermer Həbib Abıyev texnikaların üstünlüyündən danışaraq deyib ki, 10 hektar sahədə çəltik əkinini dörd günə yekunlaşdırıb.
Mütəxəssislərin fikrincə, əkin prosesində əl əməyindən istifadənin minimuma endirilməsi rayonda çəltikçiliyin inkişafına böyük təkan verəcək.