Vaxt.Az

“Inın sonunun başlanğıcı”


 

Politoloq: “ABŞ artıq növbəti hədəflər üzərində işləyir”

“Inın sonunun başlanğıcı” ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda görüşü və imzaladıqları anlaşma mənə 1980-ci illərin ortalarında Amerikanın keçmiş prezidenti Ronald Reyqanla SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun görüş və imzaladıqları anlaşmanı xatırladır. ABŞ və SSRİ yol getmirdilər, dünyanı iki yerə - “mənimkilər” və “sizinkilər”ə bölmüşdülər. O zaman da Vaşinqton Moskvanın saqqızını oğurladı, başını tumarladı və ... böyük imperiyanı tarixin arxivinə göndərdi.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Şimali Koreya lideri Vaşinqtona hələ təslim olmasa da, ancaq ilk təmas avtoritar üsullarla idarə edilən rejim üçün sonun başlanğıcı ola bilər: “Amerikada bu məqsədlə yüzlərlə beyin mərkəzi işləyir. Elə Sinqapurdakı görüşün baş tutmasında və Kim Çen Inın hansı üsullarla yola gətirilməsində həmin beyin mərkəzlərinin payı az deyil. Onlar indi növbəti hədəflər üzərində işləyirlər”.

 





12.06.2018    çap et  çap et