Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xəbərdarlığını öz “Facebook” səhifəsində yayan Arutyunyan xüsusilə əmlaklarını icarəyə verən sahibkarlar və mehmanxana sahiblərinə üz tutub. Arutyunyanın sözlərinə görə, bu ərazilərdə hər hansı tədbirlərin keçirilməsi zamanı mütləq şəkildə sinxron tərcümələr həyata keçirilməlidir. O, tezliklə, buna əməl etməyən təşkilatçılar və əmlak sahiblərinin sərt şəkildə cəzalandırılması təşəbbüsü ilə çıxış edəcəyini deyib.
Qeyd edək ki, bundan öncə Arutyunyan əhaliyə xəbərdarlıq göndərərək, Təhsil Nazirliyinin elektron poçtuna məktubların yalnız erməni dilində göndərilməsini tələb etmişdi.