TANAP
layihəsinin Cənub Qaz Dəhlizinin böyük bir hissəsi olduğunu qeyd edən
S.Oudkirk boru kəmərinin bölgənin enerji bazarındakı rolunun əhəmiyyətli
olduğunu vurğulayıb: “Azərbaycan təbii qazını daşıyacaq boru kəməri
mənbələrin şaxələndirilməsini təmin edəcək. Bu layihə Azərbaycan qazını
alacaq ölkələr üçün müxtəliflik mənasını verir. Digər tərəfdən də qazı
tədarük edən ölkənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Birbaşa
yatırımı və kommersiya maraqlarının olmamasına baxmayaraq ABŞ mənbələrin
müxtəlifliyi və enerji təhlükəsizliyinə töhfə verdiyi üçün bu layihəni
dəstəkləyir”.
Digər enerji layihələrinin TANAP-a birləşməsini də
qiymətləndirən S.Oudkirk bildirib ki, bu layihənin infrastrukturu
inkişaf etdirilə və genişləndirilə bilər. Boru kəmərinin ötürücülük
qabiliyyəti ildə 16 milyard kubmetrdir və iki dəfəyədək artırmaq
mümkündür.
Enerji mənbələrinin kommersiya üstünlüyü təmin etmək
baxımından yeni əməkdaşlıqlar yarada biləcəyini qeyd edən ABŞ rəsmisi
deyib: “TANAP-ın istifadəyə verilməsi çox gözəl hadisədir. Dünyada
çətinliklər yaşanarkən TANAP qlobal olaraq yaxşı bir inkişafdadır.
Azərbaycan təbii qazını bazara çatdırması üçün də yaxşıdır. Müttəfiq və
ortaqlarımızın enerji təhlükəsizliyi bizim üçün vacibdir”.