Vaxt.Az

Tehran Pakistanı təhdid etdi


 

«İranın hərbi müdaxiləyə əl atmaq hüququ var»

Tehran Pakistanı təhdid etdi «İran ordusu Pakistana girə bilər. İslamabad ölkənin şimal-qərbində fəaliyyət göstərən terrorçulara qarşı təsirli tədbirlər görməsə, hadisələrin bu cür inkişafı mümkün ola bilər». Musavat.com-un İran informasiya mənbəyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri Abdolrza Rəhmani Fəzli deyib.

Fəzlinin sözlərinə görə, Tehran Pakistan tərəfinə öz sərhədlərinin təhlükəsizliyini təmin eləmək xahişi ilə  dəfələrlə çağırışlar edib. «Əgər bu dövlət belə addımları atmaq gücündə deyilsə, o zaman onun ərazisinə qoşun yeritməkdən savayı çıxış yolu qalmayacaq. İranın belə hərbi müdaxiləyə əl atmağa hüququ var və İslamabadın icazəsini gözləməyə hazırlaşmır» - əlavə edib nazir.

 





17.02.2014    çap et  çap et