Vaxt.Az

Rüstəmov devalvasiyanı etiraf etdi?!


 

Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən

Rüstəmov devalvasiyanı etiraf etdi?! “Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Amma sonradan manatın üzməsi devalvasiya demək deyil. Bu, valyuta volatilliyidir”, - Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov deyib.

Bu gün keçirilən mətbuat konfransında Mərkəzi Bank sədri bildirib ki, devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlılığı “qənaətbəxş səviyyədə deyil”.

O deyir ki, qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə cəmiyyətin bunu devalvasiya adlandırması düzgün deyil: “Bu, devalvasiya deyil. Xarici şəraitin kəskin dəyişməsi, yeni makroiqtsadi şəraitin formalaşması, valyuta ehtiyatlarının tam itirilməsi bu proseslərə gətirib çıxara bilər”.

Elman Rüstəmov hesab edir ki, mətbuat nümayəndələrinin bu cür mövzularla bağlı “həyəcanı”, “düzgün praktik nəticə verməməyi proseslərə neqativ təsir edir”.

Mərkəzi Bank sədri deyib ki, mətbuat nümayəndələrini maarifləndirmək üçün “onlara şəxsən seminarlar keçəcək”. (BBC)

 





15.06.2018    çap et  çap et