Avro, dollar qarşısında gün ərzində 1.1851-ə qədər yüksəlmişdi. AMB-nin qərarının ardından məzənnə 0.55 faiz geriləyərək 1.1722 səviyyəsini gördü.
Bakı vaxtı ilə saat 17:14-də isə məzənnə 1.1679 səviyyəsinə düşüb. Avronun Dollar qarşısında ucuzlaşması 1 faizə çatıb.
AMB İyun ayı toplantısında gözləndiyi kimi faizləri dəyişdirmədi. Bank uçot dərəcəsini 0.00 faiz səviyyəsində, depozit faizini də mənfi 0.40 faiz səviyyəsində saxladı.
Bank mövcud faizlərin ən azı 2019-un yazına qədər davam edəcəyini bildirib.
Xalis aktiv (qiymətli kağızlar) alışları Dekabra qədər başa çatacaq. Bank xalis alışların Dekabr ayına qədər mərhələli olaraq sona çatdırılacağını bildirib.
AMB, 2018-ci il üzrə Avro Bölgəsi iqtisadi artım proqnozunu aşağı salıb.
Avropa Mərkəzi Bankı Avro Bölgəsinin 2018-ci ilə dair iqtisadi artım proqnozunu 2.4 faizdən 2.1 faizə endirib.
Bank, 2019-cu il üçün iqtisadi artım proqnozunu isə 1.9 faizdə saxlayıb.