İşdən çıxarmalar 2018, 2019, 2020-ci illərdə həyata keçiriləcək.
“Rolls Royce”, bir müddətdir Trent 1000 mühərriklərindəki kompressor problemi səbəbindən müştərilərilə problem yaşayırdı.
Bu ixtisarın, şirkətin 2001-ci ildə baş verən 11 Sentyabr terror hücumundan sonra aviasiya sektorunda baş verən böhranın ardından ən geniş miqyaslı işdənçıxarma olduğu bildirilir. “Rolls Royce”, 2001-ci ildə 5 min adamın işinə böhran səbəbilə son vermişdi.
İxtisar edilənlərin üçdə ikisi, 15 min 700 nəfərini çalışdığı İngiltərənin Derby şəhərindəki ümumi mərkəzdən olacaq, ancaq mühəndislər bu ixtisardan təsirlənməyəcək.
“Rolls Royce”in İngiltərədə 26 min, dünya üzrə 55 min əməkdaşı var.