Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) bir neçə tikinti şirkətinin lisenziyasını geri alıb.
Komitədən mətbuata verilən məlumatda deyilir ki, Lisenziya şərtlərinə və tələblərinə riayət edilmədiyindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən «Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi» fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş aşağıda qeyd olunan xüsusi razılıq (lisenziyaların) fəaliyyəti 11 fevral 2014-cü il tarixdən dayandırılmışdır:
- «ART AKADEMİYA» Məhdud Məsuliyyətli Cəmiyyəti - lisenziya № 022560 (qeydiyyat nömrəsi L-09-052, verilmə tarixi 24.12.09.);
- «SENTR-İMD» Məhdud Məsuliyyətli Cəmiyyəti - lisenziya № 022578 (qeydiyyat nömrəsi L-10-016, verilmə tarixi 14.04.10.);
- «Azərbaycan John Brown» Qapalı Səhmdar Cəmiyyəti - lisenziya № 022735 (qeydiyyat nömrəsi L-12-035, verilmə tarixi 30.11.12.);
- Xələfov Namik Mədət oğlu - lisenziya № 022587 (qeydiyyat nömrəsi L-10-025, verilmə tarixi 24.05.10.);
- Yaqubov Rafael Aydın oğlu - lisenziya № 022545 (qeydiyyat nömrəsi L-09-037, verilmə tarixi 29.10.09.).
çap et