“Baş nazir sentyabrda növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir. Yeni seçki məcəlləsi yaxın günlərdə parlamentin gündəliyinə salınacaq. Yeni məcəllənin qəbulundan sonra Paşinyan istefa verəcək”, – qəzet yazıb.
Nəşrin məlumatına görə, Ermənistanın baş naziri parlament fraksiyasında dövlət rəhbərlərinin namizədliyinin irəli sürülməməsinə çalışır: “Əgər iki dəfə ard-arda baş nazir namizədliyi olmazsa, avtomatk olaraq parlamentin buraxılması baş tutacaq. Bundan sonra sentyabrda yeni parlament seçkiləri keçiriləcək”.