Vaxt.Az

Əfqanıstanda “Taliban”la tarixi görüş


 

İŞİD olay zamanı terror törətdi; ölənlər var

Əfqanıstanda “Taliban”la tarixi görüş Əfqanıstanın paytaxtı Kabil iyunun 16-da tarixi görüşə ev sahibliyi edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, ölkənin daxili işlər naziri Veys Əhməd Kabildə “Taliban” hərəkatının silahsız üzvləri ilə görüşüb.

İllərdir Əfqanıstanı qan gölünə çevirən hərəkat ilk dəfə Ramazan bayramı ilə əlaqədar atəşkəs elan etmişdi. Kabil hökuməti isə atəşkəs rejiminin uzaldıldığını bəyan etdi. Həbsxanada olan 46 “Taliban”lı sərbəst buraxıldı.

Ölkədə bu günə qədər yaşanan ən sülhpərvər bayramda onlarla silahsız döyüşçü paytaxtda mülki vətəndaşlar və polislərlə selfi çəkdirib. Eləcə də sosial şəbəkələrdə yayılan görüntülərdə hərəkatın üzvlərinin əfqan əsgərlərinə çiçək verdiyi görünür.

Paytaxtda bu kimi hadisələr yaşanarkən Nanqarher şəhərində “Taliban” üzvləri ilə əsgərlərin olduğu ərazidə bomba yüklü avtomobil partlayıb. Hadisə nəticəsində ən azı 26 nəfər ölüb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Ölü sayının artacağı istisna edilmir.

Partlayışa məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.


 





16.06.2018    çap et  çap et