Məryəm Məmmədxanovanın toyu “Buta Palace”da keçirilib. O, Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə qurur.
Məclisin aparıcısı Xalq artisti Murad Dadaşovdur. Toya gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze və başqa xarici sənətçilər dəvət olunub.
Qeyd edək ki, Məryəm Məmmədxanova bu il Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq Münasibətlər fakültəsini bitirib.
Vaxt.az ailə həyatı quran cütlüyü təbrik edir, onlara uzun və xoşbəxt ömür arzulayır.