Vaxt.az bildirir ki, bu barədə “Trend”ə Diasporla İş üzrə
Dövlət Komitəsindən məlumat verilib.
Hədiyyəni qonşu ölkədə rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov təqdim edib.
Komitə sədri rayonda yaşayan soydaşlarımızın qayğıları ilə də maraqlanıb.
İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya, hədiyyəyə görə Azərbaycan
Prezidentinə, Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq ediblər.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə gürcü
ziyalılarla görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri xüsusi müzakirə
mövzusu olub. Komitə sədri ölkələrimiz və xalqlarımız arasındakı möhkəm dostluq
əlaqələrindən söz açıb, Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham
Əliyevin Gürcüstan ilə əlaqələrə böyük önəm verdiyini qeyd edib. Bildirilib ki,
əlaqələrimizin və əməkdaşlığımızın möhkəmlənməsi və inkişafı üçün geniş
imkanlar mövcuddur. Görüşün məqsədi də gürcü ziyalılarla görüşüb, onların bu məsələlərdə
fikirlərini öyrənmək olub.
Müzakirə zamanı gürcü politoloqların, jurnalist və alimlərin fikir və təklifləri
dinlənilib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın
Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər şəxslər iştirak
ediblər.