Bu barədə “Trend”ə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
M.Məmmədov bildirib ki, zəhərlənən şəxslərdən müəyyən analizlər götürülüb: “Analizlərin nəticələri onların qanlarında hər hansı zəhərli maddənin aşkar olmadığını göstərib”.
İcra Hakimiyyətinin başçısı həmçinin qeyd edib ki, hadisəyə səbəb sahədə istifadə olunan dərman vasitələri olmayıb:
“Dərmanın təsiri 2 gün müddətində olur, üzərində bu barədə yazılıb. Dərman vurulandan sonra yağış yağıb. Dərman ayın 11-də vurulub, sahəyə isə onlar ayın 16-da çıxıblar. Çox güman ki, onların vəziyyəti günvurma ilə əlaqədar pisləşib”.