Vaxt.Az

İrəvanda hakimiyyət qarşıdurması


 

Ermənistan xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

İrəvanda hakimiyyət qarşıdurması Ermənistanda hakimiyyətdaxili qruplar arasındakı qarşıdurma daha da güclənib. İş o yerə çatıb ki, hətta bəzi qüvvələr Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanı da zərərsizləşdirməyə çalışırlar.

Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu haqda elə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın özü bildirib: “Məni neytrallaşdırmaq üçün cəhdlər edilir”-deyə jurnalistlərlə söhbətində o, bəyan edib.

Artur Vanesyan iyunun 18-də bildirib ki, bəzi qruplar onun əleyhinə hərəkətə keçiblər: "Amma onlarda heç nə alınmayacaq. Eyni vəziyyət baş nazirlə bağlı da yaşanır”.

 





18.06.2018    çap et  çap et