Vaxt.Az

“İndi ona sən “tuşonkasan” deyim?”


 

General Saroyan yırtıcı dostu Manvel haqda: “Heç bir şərəfdən söhbət belə gedə bilməz”

“İndi ona sən “tuşonkasan” deyim?” General Manvel Qriqoryan qəhrəman idi, lakin “tuşonka” oğurluğuna qədər aşağı endi. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Qriqoryanın döyüş dostu, Ermənistan parlamentinin hakim fraksiyasının üzvü Seyran Saroyan deyib.

Saroyan bir neçə ay öncə dediyi sözləri xatırladıb - əsgərdən oğurluq edən cəzalanacaq, prokuror tərəfindən olmasa da, Allah tərəfindən.

“Əgər Manvel mənim sözlərimi eşitsəydi, ya paylayardı, ya da canını qurtarardı... İndi ən pis olan odur ki, onu həm prokuror ittiham edir, həm də Allah... Bilmirəm, Qriqoryan bundan sonra mənim üzümə necə baxacaq”, - Saroyan bildirib.

Onun sözlərinə görə, generalın malikanəsindən silah tapılmasını birtəhər başa düşə bilər, amma əsgərlər üçün nəzərdə tutulmuş ərzağın aşkarlanmasını izah edə bilmir.

“Dünəndən şokdayam. Uşaqların məktublarını görəndən, sonra isə sözlərini eşidəndən sonra (onları jurnalistlər tapdıqda). Dünən bütün gün ərzində həkimlər yanımda olub. Qəhrəmandan “tuşonka” oğrusuna qədər necə enmək olardı axı? Nəyi çatışmırdı ki?” – Saroyan qeyd edib.

Onun sözlərinə görə, Qriqoryanın varidatı barədə məlumatı olmayıb. Heç uşaqları da bunu bilməyib. Deputatın sözlərinə görə, Qriqoryan çox qapalı insan olub və buna görə də, onun varidatı haqqında heç kimdə məlumat yox idi.

Qriqoryanın öz adını təmizə çıxaracağı ilə bağlı dediyi sözləri şərh edərkən Saroyan deyib ki, bu barədə danışmaq mənasızdır.

“Hansı ad? Nə deyə bilər? Bu məktublara necə cavab verə bilər? Heç bir şərəfdən söhbət belə gedə bilməz”, - o bildirib.

Saroyan özü və onun könüllülər qrupu silahlarını, geyimlərini və aprel döyüşlərində aldıqları digər əsləhələri təhvil veriblər.

Faktiki olaraq dostunu tanımadığı ilə bağlı verilmiş suala Saroyan cavab verib ki, hətta ata və oğullar da sona qədər bir-birlərini tanımırlar. Bunu əvvəlcədən bilsəydi, Qriqoryanı birinci özü utandırardı.

O deyib ki, bundan sonra keçmiş yoldaşı ilə ünsiyyət qurmaq istəmir.

“Nə deyim? “Sən tuşonkasan” deyim? Bu cür vəziyyətdə mən atamdan da imtina edərdim. Dünyada doğma insanın itirilməsindən pis heç nə ola bilməz”, - Qriqoryan bildirib.

O, ordudan oğurluq etmiş hamını bütün oğurladıqlarını son qəpiyinə qədər qaytarmağa çağırıb.

 





19.06.2018    çap et  çap et