Onun sözlərinə görə, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi öncədən yalnız “Şahdəniz” yatağına hesablanmayıb, özündə həm də ümumilikdə Xəzər hövzəsindən və Yaxın Şərqdən qazın nəql edilməsini ehtiva edir.
Somelar bildirib ki, Rusiya Xəzərin dibi ilə qaz kəmərinin çəkilişinin ekoloji baxımdan təhlükəli olduğunu bildirsə də, elmi araşdırmalarla sübuta yetirilib ki, bu layihə ekoloji cəhətdən tam təhlükəsizdir. “Eyni zamanda, Rusiyanın “Qazprom” şirkəti Baltik dənizinin dibi ilə gücü 50 milyard kub metr olan qaz kəmərləri çəkib. Əsas məsələ odur ki, Türkmənistan rəhbərliyi izafi qaz həcmini Xəzərin dibi ilə ötürməklə “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql etməyə razılıq verəcəkmi”, - Aİ əməkdaşı qeyd edib.
Qeyd edilir ki, Aİ-Türkmənistan danışıqları bu ölkədə baş vermiş iqtisadi böhran şəraitində aparılır. Bəzi dəyərləndirmələrə görə, Türkmənistanı Venesuelada olduğu kimi, defolt gözləyir.
Belə bir vəziyyətdə isə Transxəzər qaz kəməri layihəsi və zəngin Avropa bazarına çıxış Türkmənistan üçün həyati vacib əhəmiyyət daşıyır.