Ollayrın ortağı olduğu və blok zənciri texnologiyası ilə müştərilərin bir-birlərinə pulsuz pul göndərməsinə imkan verən “Circle” şirkəti, bu il “Poloniex” adlı kriptovalyuta birjasını satın alaraq ilk qazancını əldə edib.
“Circle” son həmləsindən sonra, dollar məzənnəsinə sabitlənmiş “USD Coin” adında bir kripto pul vahidini bazar çıxarmaq istədiyini bildirib. Şirkətə görə, yeni layihə, blok zənciri texnologiyası vasitəsilə dollar ilə aparılan əməliyyatları sürətləndirilərək əksər kriptovalyutada müşahidə olunan dalğalanmanın qarşısının alınmasını hədəfləyir.
Ollayr, kriptovalyutanın “CENTRE” adından açıq mənbəli bir platformada yaradıldığını, maliyyə təşkilatlarının və digər şirkətlərin də sözügedən platformaya qatılmasının qarşıya məqsəd qoyulduğunu deyib.
O, həmçinin “USD Coin”in geniş maliyyə əməliyyatları, kriptovalyuta vahidləri və blok zənciri texnologiyası dünyasına tanıtmağı qarşısına məqsəd qoyduğunu vurğulayıb.
Ollayr sözlərinə görə, sabit kriptovalyuta vahidlərinin (stablecoin) kriptovalyuta vahidlərinin yer aldığı qlobal və rəqəmsal bir iqtisadiyyatın özəyini təşkil edəcəyini düşünürlər. “Biz hazırda maliyyə sektorunda edilməsi lazım olanları kriptovalyuta vahidlərinin qəbul edildiyi infrastruktura inteqrasiya etməyə çalışırıq”.