Vaxt.Az

Azərbaycan nefti bahalaşdı


 

“Qara qızıl” ili 70 dollar ətrafında tamamlayacaq

Azərbaycan nefti bahalaşdı CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 75,42 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,43 dollar/barel çoxdur. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 74,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 18-də 72,19 dollar/barel təşkil edib ki, bu da “Trend”ə görə, əvvəlki qiymətdən 1,46 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 18-də 73,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.

ABŞ-ın “Qərbi-Texas” (WTI) nefti isə 0.9 faiz ucuzlaşaraq alıcılara 65 dollardan təklif olunub.

 

***

 

Digər bir xəbərdə deyilir ki, “Panmure Gordon” şirkətinin analitiki Kolin Smit OPEC-in İyunun 22-də keçirəcəyi iclasına dair, “Rusiya gündəlik 1.5 milyon barel artımdan danışır. İran, İraq və Venesuella buna ciddi şəkildə qarşı çıxır. Bazar isə 300 - 600 min barellik artım gözləyir” deyib.

ABŞ - Çin ticarət müharibəsinin də neft qiymətlərinə təsir edəcəyini qeyd edən Smit, “bu, daha böyük ticarət müharibəsinə çevrilir. Gərginlik neft qiymətlərinə mənfi təsir edir, amma əsas amil deyil. “Brend” neftinin qiymətinin 70 dolların üzərinə çıxmasının səbəbi OPEC-in hasilatının kifayət etməməsidir”, deyib. İl sonu neftin qiymət proqnozunu da bildirən Smit, “Mən ilin sonunda neftin 70 dollar ətrafında olmasını gözləyirəm” deyib.

 





20.06.2018    çap et  çap et