Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər. Nazir İnam Kərimovun əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. Hansı ki, zərərvericilərə qarşı dərmanların gətirilməsinə, keyfiyyətinə C.Quliyevin rəhbərlik etdiyi xidmət nəzarət edirdi. Onun yerinə Ələddin Eyvazov təyin olunub.
Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov da daxil olmaqla bir neçə nazirliyin rəhbərləri baş vermis hadisənin araşdırılması üçün İmişliyə getmişdi. Hazırda İmişli rayon xəstəxanasında 12 nəfər həkim nəzarətində müalicəsini davam etdirir. Digər zərərçəkmişlərə tibbi yardım göstəriləndən sonra evə buraxıblar.