Vaxt.Az

Bu artıq təxribatdır!


 

Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24-ə çatdı: 8-i uşaqdır

Bu artıq təxribatdır! Yevlax rayonunda yerləşən pambıq sahələrindən birində zəhərlənənlərin sayı 24 nəfər çatıb. “Report” xəbər verir ki, onlardan 8 nəfəri valideynləri ilə birgə pambıq sahəsinə gedən uşaqlardır. Hazırda zərərçəkmiş şəxslərin hamısının vəziyyəti sabitdir və onlar həkim nəzarəti altındadırlar.

Zəhərlənənlər:

Ağakişiyeva Fərqanə (1992)

Ağakişiyev Natiq (1976)

Vahidova Rövşənə (1984)

Muradova Lalə (1986)

İsmayılova Ayşən (1985)

Məmmədova Rahidə (1973)

Əsgərova Lalə (1988)

Əliyeva Solmaz (1982)

Əliyev Xəyal (1987)

Tapdıqova Aynur (1987)

Abbasova Süsənbər (1959)

Hüseynova Sevinc (1965)

Nuriyev Füzuli (1989)

Abbasova Rəksanə

Qasımov Zəlimxan (2000)

Həziyev Rəşad (2001)

Allahverdiyev Amil (2005)

Sarıyev Ayxan (2002)

Hüseynli Ayxan (2004)

Vəliyev Hüseyn (2002)

Qasımov Samir (2003)

Hüseynli Munis (2003)

Əlizadə Ülvi (2001)

Ağakişiyeva Aysel (2004)

 

***

 

23:03

Yevlax rayonundakı pambıq sahələrindən birində növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Murallı kəndinin sakinləri sahədə zəhərləniblər.

İlkin məlumatlara görə, 16 nəfər xəstəxanaya aparılıb. Onların kimyəvi maddədən zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vaxt.az xatırladır ki, bundan əvvəl analoji hadisələr Salyanda və İmişlidə baş vermişdi. İmişlidə 141 nəfər xəstəxanaya müraciət etmişdi. Onlardan 12-nin hələ də həkim nəzarətində olduğu bildirilir.

Onu da qeyd edək ki, Kənd təsərrüfatı nazir İnam Kərimovun əmri ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev həmin hadisələrə görə işdən çıxarılıb. Çünki zərərvericilərə qarşı dərmanların gətirilməsinə, keyfiyyətinə onun rəhbərlik etdiyi xidmət nəzarət edirdi. Onun yerinə Ələddin Eyvazov təyin olunub.

 





21.06.2018    çap et  çap et