Sonuncu dəfə Venesuelada maaşları və pensiyaları aprel ayında artırmışdılar, o vaxt pensiyalar və minimum əmək haqları dolların qara bazar kursu ilə cəmi 2 dollar olmuşdu. Amma hiperinflyasiya bu artımı da dərhal “yeyib”. Ötən il isə Maduro maaşları və pensiyaları il ərzində 6 dəfə artırmışdı.
Neftin qiymətinin artmasına baxmayaraq Venesuelada hiperinflyasiya və xroniki defolt davam edir. Ölkənin xarici borclarının həcmi 142 milyard dolları ötüb, bu qızıl-valyuta ehtiyatlarının həcmindən 14 dəfə böyükdür.
Maduro isə hiperinflyasiyanın və iqtisadiyyatının darmadağın olmasının günahını əlbətdə ki, xarici qüvvələrin üzərinə yıxır. “Bizi imperializm təhdid edir, amma biz azad yaşamağa hazırıq, heç kim bizi dayandıra bilməz”, - Maduro bildirib.