2013-2017-ci illərdə şirkətin fəaliyyəti nəticəsində dövlət büdcəsinin gəlirləri 527 min dram (7000 dollardan çox) təşkil edib. Eyni zamanda, şirkətin hesabatlarına görə, dövlət qarşısında vergi borcları 147 milyon dram (306 min dollar) olub. Lakin bu borclar ödənilməyib. Bundan əlavə, şirkət 2016-cı ilin birinci rübü üzrə 140 milyon dram (300 min dollar) vergi ödənişlərindın yayınıb.
Məlum olub ki, “CLC Proekt kompani” şirkətinin direktoru və təsisçisi keçmiş prezident Serj Sarkisyanın qardaşı Levon Sərkisyandır. Səhmlərin 20 faizi onun oğlu Narek Sərkisyana məxsusdur. Fond Yerevanda fəaliyyət göstərən Surb Qriqor Lusaroviç kilsəsinin ünvanında qeydiyyatdan keçirilib, lakin faktiki olaraq orada fəaliyyət göstərməyib.
Komitədən bildirilib ki, doqquz ünvanda, eyni zamanda şirkətin təsisçilərinin mənzillərində və Pünik fondunun ofisində axtarışlar aparılıb.
Dövlətə dəymiş zərərin həcmi 300 milyon drama bərabərdir. “Bilərəkdən müflisləşmə” və “vergidən yayınma” maddələri üzrə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam edir.