Vaxt.Az
Bir də qondarma Saakyan
Vladimir Putin, Nikolas Maduro, Daniel Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı
Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi Rusiya tərəfindən “müstəqilliyinin” tanınmasının 10 illiyi münasibətilə yubiley tədbirləri keçirməyə hazırlaşır. Və bu tədbirə Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedyev, habelə Cənubi Osetiya “respublikasını” tanıyan Venesuelanın prezidenti Nikolas Maduro, Nikaraqua prezidenti Daniel Orteqa, Suriya diktatoru Bəşər Əsəd Sxinvaliyə dəvət olunublar. Habelə separatçı Cənubi Osetiya rejimi digər qondarma “respublikaların”-Dnestryanı bölgənin, Abxaziyanın və Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərlərini də həmin tədbirə dəvət edib. Bundan başqa Ukraynanın şərqindəki qondarma “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası”nın rəhbərləri də dəvətlidir.
Bu günlərdə qondarma Abxaziya “respublikası” özünün “xarici
işlər nazirliyinin” yaradılmasının yubileyini qeyd etmişdi və həmin mərasimdə
Rusiya XİN-in yüksək vəzifəli diplomatı qondarma “dqr xarici işlər
nazirliyinin” nümayəndəsi ilə bir masa arxasında oturmuşdu. Rəsmi Bakı buna
etiraz edib və Rusiya XİN-in hərəkəsini regionda sülhə xidmət etməyən addım
adlandırıb.
Lakin hələlik tədbirə BMT üzvü olan dövlətlərdən hansının
nümayəndə heyəti göndərəcəyi məlum deyil. Rusiya Cənubi Osetiyanı və Abxaziyanı
2008-ci il avqustun 26-da tanıyıb.
23.06.2018 çap et