Vaxt.Az

“Polis” avtobusun açarını qırdı...


 

... 20 qəpik ödəməmək üçün

“Polis” avtobusun açarını qırdı... Bakıda özünü polis əməkdaşı kimi təqdim edən şəxs avtobusa kartsız minmək istəyib. Vaxt.az “Xəzər TV”yə istinadən xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, 18 saylı marşrut avtobusunda baş verib.

Bir gənc əvvəlcə əlində qırmızı bir vəsiqə göstərib, sonra əli ilə çiynini göstərərək polis olduğunu işarə edib. Bu şəkildə avtobusa pulsuz minmək istəyib.

Sürücüsü isə sərnişindən kart vasitəsi ilə ödəniş etməsini tələb edib. Bundan sonra mübahisə böyüyüb. Həmin şəxs avtobusun açarını qıraraq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı marşrut xəttinin məxsus olduğu şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma aparılır.

 





23.06.2018    çap et  çap et