Vaxt.Az

«Sərnişin»in çəkilişi bitdi


 

Rejissor Rəşad Babayev kimdir?

«Sərnişin»in çəkilişi bitdi «Nərimanfilm» kino şirkətində «Sərnişin» qısametrajlı bədii filminin çəkilişləri başa çatıb. Film gənc rejissor Rəşad Babayev tərəfindən öz ssenarisi əsasında çəkilib. Operator Raid Abbasov, səs rejissoru Teymur Abdullayev, prodüser Nəriman Məmmədovdur.

Filmdə aktyorlar Azər Aydəmir, Ərtoğrul Kamalov və Midhət Aydın çəkiliblər. Süjet xətti belədir. Gənc şəhər sakini yad bir yerdə yolunu azır. O, həmin kənddən olan oğlanı öz maşınına mindirir ki, yolu tapmaqda ona kömək etsin. Yolda qəhrəmanlar arasında konflikt yaranır. Eyni istiqamətdə yol gedən insanların həyatdakı yolları həmişə eyni olmur.

Rəşad Babayev 1979-cu ildə Xaçmaz şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Şimali Kiprdə, Beynəlxalq Amerika Universitetində təhsil alıb, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 2000-ci ildən peşəkar rəssamlıqla məşğul olur, 2004-cü ildə ilk sərgisi keçirilib, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Londonda, Parisdə, Berlində, Romada keçirilən beynəlxalq sərgilərin, 55-ci Venesiya bienalesinin iştirakçısıdır. 2012-ci ildən ssenari yazmağa başlayıb, ötən il Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən keçirilən ssenari müsabiqəsinin diplomu ilə təltif edilib.

 





17.02.2014    çap et  çap et