Vaxt.Az
“Belarus müstəqilliyini itirə bilər”
Lukaşenko: “Bizi ya diz çökdürəcəklər, ya da …”
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müstəqilliyini itirə biləcəyini bəyan edib. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bu gözlənilməz bəyanatı Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı səsləndirib.A. Lukaşenko deyib ki, əgər xalq ölkənin qarşısına qoyulan
iqtisadi məqsədə nail olmasa, respublika müstəqilliyini itirə bilər: “Əgər bu
illər ərzində uğur qazana bilməsək, uğursuzluğa düçar olsaq, hansısa dövlətin tərkibinə
daxil olmaq lazım gələcək, ya da sadəcə, bizi diz çökdürəcəklər”.
24.06.2018 çap et