2017-nin sonunda 20 000 dollara qədər bahalaşan “Bitcoin”, bu il düşərək 5929 dollara qədər geriləyib və beləliklə, ilin ən aşağı səviyyəsini görüb. “Bitcoin” bu dəqiqələrdə gündəlik 7,33 faiz ucuzlaşma ilə 6124 dollardan ticarət olunur.
Digər kriptovalyutalar da ucuzlaşıb. “Ethereum” 8,58 faiz ucuzlaşma ilə 459,59 dollardan, “Ripple” isə 7,96 faiz azalma ilə 0,47 dollardan alıcı tapıb.
Dünya miqyasında 11.214 birjada ticarət olunan 1586 kriptovalyutanın bazar dəyəri isə 253 milyard dollara geriləyib.
çap et