Vaxt.Az

“Adam qazandı!”


 

Məhərrəm İncə Ərdoğanın qələbəsini etiraf etdi

“Adam qazandı!” Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) da seçicilərin etimadını qazanıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın əsas rəqibi – Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə də Ərtdoğanın qələbəsini etiraf etməyə məcbur olub.
“FOX TV”dəki seçki proqramının aparıcılarından tanınmış jurnalist İsmayıl Küçükkaya ötən gecəki efirdə deyib ki, o, Məhərrəm İncəyə telefonla SMS mesajı ataraq nə düşündüyünü soruşub.  Məhərrəm İncə isə SMS-lə cavab verərək, “ Adam qazandı” yazıb. Məhərrəm İncə bu gün yerli vaxtla saat 12.00-a CHP-nin baş qərargahında açıqlama verəcəyini bildirib.

Digər tərəfdən, “Xalq” TV-də veriliş aparan Şaban Sevinc də tamaşaçılarına Məhərrəm İncənin oxşar mesajını çatdırıb. O, Məhərrəm İncənin “Seçki ədalətli deyildi, ancaq Ərdoğan qazandı” - dediyini bildirib.

Məhərrəm İncə sosial media hesabından verdiyi açıqlamada “Bu gün aat 12.00-də  CHP-də mətbuat konfransı keçirəcəyəm” mesajını bölüşüb.

 





25.06.2018    çap et  çap et