Vaxt.Az

BTQ ilə taxıl nəqli


 

Bakı-Qars dəmir yolunda ilk dəfə hopperdən istifadə olunub

BTQ ilə taxıl nəqli Bu vaxta kimi konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolunda ilk dəfə olaraq taxıl yük vaqonları ilə nəql edilib.

Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumata görə, “AzRusTrans” QSC “ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı xüsusi taxıldaşıyan vaqonlar (hopper) vasitəsilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər digər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra yolunu davam etdiriblər.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

 





25.06.2018    çap et  çap et