Vaxt.Az

“Matəm çələngi …”


 

Cani-general Qriqoryanın evindən tapılanlar görənləri heyrətləndirdi

“Matəm çələngi …” Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları general Manvel Qriqoryanın işğal edilmiş Dağlıq Qarabağda hərbi hissənin yaxınlığında yerləşən evində yenidən axtarış işləri aparıbıar.

“Sputnik”ə xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, axtarış nəticəsində üzərində “Əsgər payı” yazılmış konservlər, siqaretlər, hərbi geyim dəstləri, bintlər, benzin, 7,62 və 5,45 mm kalibrli avtomat patronları, bundan savayı, ölmüş şəxs üçün nəzərdə tutulmuş, lakin ünvanına çatdırılmamış matəm çələngi tapılıb.

Daha bir axtarış Əsgəran şəhərində “GS Plus” müəssisəsində aparılıb. Məlum olub ki, “Yerkrapa” könüllülər ittifaqının rəhbərləri ordu üçün nəzərdə tutulmuş, o cümlədən vətəndaşlardan toplanmış ərzağı mənimsəyiblər.

Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayıl və Füzulini işğal etmiş Ermənistan ordusunun 5-ci briqadasının komandanı olub. Məhz o, Füzuli rayonunu tamamilə qarət edib və azərbaycanlı əsirlərə qarşı qəddarlığı ilə seçilib.

 





25.06.2018    çap et  çap et