Vaxt.Az

Azərbaycanın Ermənistanı hədələdiyi silahlar


 

Bura İsrail “Lora”sı, Türkiyə “Qaısrğa”sə, Çexiya “Dana”sı, Belarus “Polonez”i və başqa ən müsair həbi texnikalar aiddir

Azərbaycanın Ermənistanı hədələdiyi silahlar Hərbi paradda ilk dəfə olaraq “Israel Aircraft Industries” (İAİ) İsrail şirkəti tərəfindən istehsal olunmuş birpilləli bərk yanacaqlı ballistik raketlə təchiz edilmiş “Lora” operativ-taktiki raket kompleksləri nümayiş etdirilib.

“Lora” həm quru, həm də dəniz baza variantlarında infrastruktur elementlərinin və düşmən mövqelərinin dərinliklərində yerləşən HHM batareyalarının məhv edilməsi məqsədilə istifadə oluna bilər.

Azərbaycanın bu komplekslərdən nə qədər aldığı məlum deyil. 2018-ci ildə Azərbaycanın “Lora” komplekslərini almış ilk xarici dövlət olub.

***

 

11:45

Paradda Çexiyada istehsal edilmiş “Dana” özüyeriyən artilleriya qurğuları (ÖAQ) nümayiş olunub.

Azərbaycan Çexiyadan 36 vahid “Dana” ÖAQ alıb.

 

***

 

11:32

Paradda “Heron” pilotsuz uçuş aparatları nümayiş etdirilib. Pilotsuz uçuş kəşfiyyat aparatları İsrailin İAİ şirkəti tərəfindən hazırlanıb. 2012-ci ilin ortalarına olan vəziyyətə görə İsraildə istehsal olunmuş ən çox satılan PUA olub.

Bir belə PUA eyni zamanda altı hədəfi izləmək iqtidarındadır. “Heron” qırıcılar, vertolyotlar və raketlər üçün hədəfləri müəyyənləşdirmək qabiliyyətindədir.

2015-ci ilə olan məlumata görə, Azərbaycanda 15 “Heron” mövcuddur.

 

***

 

11:21

Paradda İsraildə istehsal olunmuş “Orbiter” pilotsuz uçuş aparatları nümayiş etdirilib.

Aparat “uçan qanad” sxemi üzrə quraşdırılıb. Səssiz elektrik mühərriki ilə təchiz olunub.

Göyərtə avadanlıqlarına elektrooptik və infraqırmızı kameralar, həmçinin rabitə və məlumat mübadiləsi vasitələri daxildir.

2011-ci ilin mart ayında “AZAD Systems Co” müəssisəsi istifadəyə verildikdən sonra “Orbiter-2M”in istehsalına başlanıb. Azərbaycan istehsalı olan PUA mürəkkəb hava şəraitində uğurla sınaqdan keçirilib.

 

***

 

11:12

Paradda İsraildə istehsal olunmuş “Spayk” tank əleyhinə raketlərlə təchiz edilmiş zirehli maçınlar keçib.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu bu raketlərdən istifadə etməklə 6 erməni tankını məhv edib.

Bu tank əleyhinə raketin fəaliyyət radiusu 25 kilometrdir, optika-elektron, o cümlədən lazer yönləndirilməsi funksiyasına malikdir, birbaşa görüntü sahəsində olmayan obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Çəkisi 70 kiloqramdır.

 

***

 

11:01

Hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları keçib.

Qeyd edək ki, bu xüsusi təyinatlılar 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayıblar.

 

***

 

10:27

Paraddan canlı yayımı Bakı Media-Mərkəzi AzTV dövlət telekanalı vasitəsilə həyata keçirir. Lakin texniki olaraq translyasiya elə verilir ki, saytlar və telekanallar bunu retranslyasiya edə bilmirlər.

 

***

 

09:56

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında hərbi parad başlayıb.

Paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.

Mərasim dövlət himninin oxunması ilə başlanıb.

Paradda Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.

 





26.06.2018    çap et  çap et