Vaxt.Az

Qlobal qaz tələbatı artacaq


 

Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq

Qlobal qaz tələbatı artacaq Qlobal qaz istehlakının hər il 1,6 faizlik tələb artımı ilə 3,7 trilyon kubmetrdən 2023-ci ildə 4,1 trilyon kubmetrə qalxacağı təxmin edilib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) 5 illik bazar təhlilini ehtiva edən “Qaz 2018 Hesabatı”nda xəbər verir ki, qlobal qaz tələbatının hər il 1,6 faiz artacağı və bu artımının böyük hissəsinin Asiyadan yaranacağı bildirilib.

Asiya regionunda xüsusilə Çinin təmiz hava üçün atdığı addımların, ölkədəki qaz tələbatının artmasında ən mühüm amil olmasının gözlənildiyi ifadə edilib.

Qlobal olaraq da sənaye sektorunda elektrik enerjisi istehsalında qazın payının artacağına diqqət çəkilərək, qlobal qaz istehlakının hazırkı 3,7 trilyon kubmetrdən 2023-cü ildə 4,1 trilyon kubmetrə çıxacağı nəzərdə tutulub.

Hesabatda, bunlar qeyd olunub: “Avropanın qazda idxala olan asılılığı artacaq. Bu da mayeləşdirilmiş qaz (LNG) ilə Rusiyanın kəmərlərlə göndərdiyi qaz arasında bir rəqabətə səbəb olacaq. Bundan başqa, qlobal ticarətdəki artımın bir nömrəli faktoru LNG olacaq. Bu da əsasən ABŞ, Avstraliya və Rusiyadan gələcək”.

Hesabatda, LNG-də əsas idxalçının Yaponiya olduğu xatırladılaraq, Çinin LNG tələbinin də ciddi səviyyədə artacağı vurğulanıb.

 





26.06.2018    çap et  çap et