Vaxt.Az
Həmsədrlərin dəyişdirilməsi yaxşı oldu
Uzunmüddətli sədrlik tədricən pis alışqanlıq yaranır
Bir necə gün əvvəl Rusiyanın baş naziri Dmitri Medvedevin sərəncamı ilə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri vəzifəsinə təyin edilidi. Oreşkinə qədər bu vəzifədə baş nazirin keçmiş müavini Dmitri Roqozin çalışırdı. Ancaq Roqozin artıq başqa vəzifədədir, o “Roskosmosun” rəhbəri təyin edilib. Moskvadakı təyinatdan 3 gün sonra prezident İlham Əliyev də Azərbaycan tərəfdən hökumətlərarası komissiyasının həmsədrini dəyişdi. Rusiyada yeni həmsədr inkişaf naziri olduğundan Azərbaycanın da yeni həmsədri iqtisadiyyat naziri təyin olundu. Buna qədər Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri baş nazirin birinci müavini Yaqub Əyyubov idi.Roqozin bu illərdə Azərbaycanla sıx əlaqələr qurmuşdu. Azərbaycan
məhz Roqozinlə əməkdaşlıq sayəsində Rusiyadan milyardlarla dollar həcmində
silah və hərbi texnika aldı. Ancaq Roqozinin Oreşkinlə əvəzlənməsi də pis
deyil. Onsuz da Rusiyadan hansı silah və hərbi texnikanı almaq mümkün idisə
alındı, indi əməkdaşlığı iqtisadi müstəviyə keçirmək lazımdır. Biz tərəfdən
Yaqub Əyyubovun dəyişdirilməsi də yaxşı oldu. Bir nazir uzun müddət hansı ölkə
ilə əməkdaşlıq komissiyasına başçılıq edirsə, tədricən pis alışqanlıq yaranır -
həmin dövlətin də maraqları ilə hesablaşmağa və nəzərə almağa başlayır…
26.06.2018
çap et