Hərbi analitiklər bu yaylımın ümumi gücünün 160 nüvə bombası ekvivalentində olduğunu bildiriblər.
“Borey” Rusiyanın yeni nəsil sualtı gəmisidir. Bu sualtı gəmilər nəsli öz sələflərindən səssizliyinə və qabaqcıl xarakteristikalarına görə fərqlənir.
“Borey”in uzunluğu 170 metrdir, su basımı isə 20 min tonu ötür. Bu sualtı gəminin səssiz hərəkət etməsi onun yerinin radarlar tərəfindən aşkarlanmasını mürəkkəbləşdirir.
Hərbi nəşrlər yazırlar ki, “Borey” öz xarakteristikalarına görə, Amerikanın “Ohayo” sualtı gəmilərini üstələyir.
Rusiyanın bu sualtı gəmisi böyük alovlu gücə malikdir. Gəmi, əsasən “Bulava” qitələratası ballistik raketləri ilə təchiz edilib (16 ədəd).
Bundan başqa sualtı gəminin burun hissəsində 12 torpedo aparatı var ki, bunlar da gəmi əleyhinə raketlərin işə salınması üçün istifadə oluna bilər.
Gəmiyə havadan zərbə endirilməsinin qarşısını almaq üçün zenit raketləri də quraşdırılıb. “Bulava” raketlərində hər hansı çatışmazlığın olmadığı bildirilir. Raketin uçuşunun gözlənilməz trayektoriyası bu raketləri əlçatmaz edir.
Analitiklər düşünür ki, Rusiyanın bu silahları sınaqdan keçirməsi ABŞ-ın Şərqi Avropada qoşunlarının sayının artırılmasına cavabı idi.