Vaxt.Az

İspaniya erməni mafiyasını məhv edir


 

Kataloniya polisi 100-dən artıq şəxsi həbs edib

İspaniya erməni mafiyasını məhv edir İspaniyada erməni mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı Kataloniya polisi öz “Twitter” səhifəsində paylaşıb. Polis ələ keçirilən şəxsləri narkotrafikdə, silah ticarətində, tütün qaçaqmalçılığında, çirkli pulların yuyulmasında, idman yarışlarındakı korrupsiyada və Avropadakı digər cinayətlərdə ittiham edib.Əməliyyat zamanı Barselona, Madrid, Valensiya, Alikanta, Albasetedə axtarışlar aparılıb. Nəticədə 100-dən çox şəxs yaxalanıb.

İspaniyanın “El Pais” qəzeti yaxalananların böyük hissəsinin gürcü və erməni olduğunu bildirib. Bu şəxslərin Şuşanaşvili qardaşları və erməni qanuni oğru Erik Caqinyanın rəhbərliyi altında çalışdığı vurğulanıb.

 





26.06.2018    çap et  çap et