“İcmalar palatasını məlumatlandırmalıyam ki, kraliça təsdiqnaməsi haqqında 1967-ci il qanununa uyğun olaraq, Əlahəzrət Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair qanun layihəsinə öz razılığını verib”, – deyə Birləşmiş Krallıq parlamentinin aşağı palatasının spikeri Con Berkou bəyan edib.
Kraliçanın təsdiqlədiyi qanun Britaniyanın 2019-cu ilin 29 martında Avropa İttifaqından çıxmasından sonra tətbiq ediləcək.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Aİ-dan çıxmasından sonra ikinci keçid dövrünə dair layihəni üzv dövlətlərlə razılaşdırmağa hazırlaşır.