Cavadov belə deyib: “Komitədə Gəncə futbolunun elitada təmsil olunmasının vacibliyini bir neçə dəfə müzakirə etmişik. Biz də istəyərdik ki, qalsın. Mən özüm də Gəncə futbolundan çıxmışam. Bu şəhərin komandasının Premyer Liqada mübarizə aparmasını şəxsən özüm də arzulayırdım. Lisenziyalaşdırma Komissiyası bank təminatıyla bağlı tələbləri yerinə yetirə bilmədiklərini əsas gətirdi. "Kəpəz”ə vaxt verilmişdi. On gün ərzində bank təminatı məsələsini həll etsəydilər, qalacaqdılar. Belə qərara alınmışdı. Bilirsiniz ki, aşağı liqanın qalibi “Xəzər”in də eyni səbəbdən elitaya yüksəlməsi mümkün olmadı. Təəssüf ki, biz nəyisə dəyişə bilmərik. Futbol klublarımıza sponsorların maraq göstərməməsi acı nəticələr verir. Elitada komanda sayı artsa, yaxşı olar. Mən də bunun tərəfdarıyam”.