Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov deyib.
Deputat bildirib ki, Saakaşvili oğlunun evlilik məsələsinə müdaxilə etməyib.
“Gələcək həyat yoldaşını Eduard özü seçib. Bir yerdə təhsil alıblar. Birinci kursdan bir-birlərini seviblər. Ümumiyyətlə, Saakaşvilinin oğlu çox ağıllı gəncdir”.
Azər Süleymanov Saakaşvilinin gələcək planlarından da söz açıb.
“Bir neçə gün bundan qabaq Saakaşvilinin həyat yoldaşı Sandra xanımla görüşdük. Mixail Saakaşvilinin özü hazırda Hollandiyadadır. Onu da deyim ki, Saakaşvilinin ürəyi Gürcüstanla döyünür. Hər birimizlə ünsiyyətdədir. Tez-tez sosial şəbəkə üzərindən bəyanatlar verir. Güman ki, yaxın vaxtlarda Gürcüstana gələcək. Çünki Gürcüstana qayıtmaq məsələsində onun fikirləri dəyişilməzdir”.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili hazırda Hollandiyada məskunlaşıb.