Vaxt.Az
QMİ statistika açıqladı
«Say 600 nəfərə çatıb»
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək üçün müraciət edən vətəndaşların sayını açıqlayıb. QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov AzNews.az-a açıqlamasında bildirib ki, Həcc ziyarətinə getmək istəyən vətəndaşların sənədlərinin qəbulu 17 gündür başlayıb.
Bu müddət ərzində müraciət edənlərin
sayı 600-ə çatıb. Onlar müvafiq sənədlərini artıq İdarəyə təqdim ediblər.
O, Həcc ziyarətinin sentyabrda
başlayacağını da qeyd edib.
Xatırladaq ki, Həcc ziyarətinə getmək istəyənlərin
sənəd qəbuluna fevralın 1-dən başlanılıb.
18.02.2014 çap et